İran nümayəndə heyəti İsveçrəyə yollandı

İran nümayəndə heyəti İsveçrəyə yollandı 

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Arakçı İsveçrəyə səfərə yollanıb.

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinə İranın Ali Milli Təhlükəsizlik Şurası sədrinin müavini Əli Bağiri Kəni, Mərkəzi Bankın sədri Məhəmməd Rza Həmmati, neft nazirinin müavini və İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bordi, xarici işlər nazirinin müavini Kazım Qəribabadi, həmçinin Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai daxildir.

Qeyd edək ki, danışıqların sabah baş tutacağı gözlənilir./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi