İran öz neftini 56 dollar/barreldən satacaq-

İran öz neftini 56 dollar/barreldən satacaq- 1 milyon barrel neft fevralın 4-də birjada satışa çıxarılacaq

İranın Neft Nazirliyi 1 milyon barrel xam nefti İran Enerji Birjasında (IRENEX) 56,24 dollar/barreldən satışa çıxarmağa hazırlaşır.

AZƏRTAC IRENEX-ə istinadla xəbər verir ki, 1 milyon barrel neft fevralın 4-də birjada satışa çıxarılacaq. Neft ən azı 5 min ton və ya 35 min barrel olmaqla satılacaq.

Xatırladaq ki, İranın Neft Nazirliyi tərəfindən ilk dəfə ötən il oktyabrın 28-də birjada satışa çıxarılan 1 milyon barrel neftin bir barreli üçün qiymət 74,85 dollar təyin olunmuşdu. Nazirlik ikinci dəfə noyabrın 11-də birjada satışa çıxardığı 700 min barrel neftin bir barrelini isə 64,97 dollara satmışdı. Bu iki satış 20 faiz rial və 80 faiz digər valyuta olmaqla həyata keçirilmişdi.

Bu il yanvarın 21-də bir barreli 52,42 dollara satışa çıxarılan 1 milyon barrel xam neftə isə alıcı tapılmamışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi