İran sazişdən kənara çıxır, narahatıq - Rusiya

İran sazişdən kənara çıxır, narahatıq - Rusiya 

İranın uranın zənginləşdirilməsini 60 faizə qədər çatdırması nüvə müqaviləsi çərçivəsində əldə olunan razılaşmalardan kənara çıxması deməkdir.

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova çıxış edib.

"İranın hərəkətləri Birgə Hərtərəfli Fəaliyyət Planında irəli sürülən anlaşmalardan sapmaqdır. Bununla yanaşı əməkdaşlıq fəaliyyətimizi davam etdiririk. Ancaq bu bizi arzu olunan hədəfdən daha da uzaqlaşdırdığından narahatıq və hərtərəfli razılaşmaların davamlı həyata keçirilməsi üçün şərait yaratmaq vəzifəsi çətinləşir.

Biz nüvə anlaşmasının bütün tərəfdaşlarını və ABŞ-ı İranın nüvə proqramı ətrafında vəziyyəti normallaşdırmaq üçün əlavə maneələr yaradacaq tələsik addımlardan çəkinməyə çağırırıq", - Zaxarova qeyd edib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər