İrana İsrail dronları bu cür yerləşdirilib

İrana İsrail dronları bu cür yerləşdirilib 

Yanvarın 29-na keçən gecə İrana edilən PUA hücumu ilə bağlı yeni detallar üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Nurnyus” nəşri İranın Ali Milli Təhlükəsizlik Şurasının rəsmi saytına istinadən məlumat yayıb.

Bildirilib ki, İrana dron hissələrini İraq Kürdüstanında yerləşən əksinqilabi təşkilatların nümayəndələri köçürüblər, daha sonra isə dronlar İranda yığılıb.

Məlumata görə, köçürmə İranın şimal-qərbindəki ucqar dağlıq ərazidən həyata keçirilib.

Dron hissələrinin PKK-nın İran qolu vasitəsilə həyata keçirildiyi ehtimal olunur.

Qeyd edək ki, İran rəsmiləri zərbə endirən dronların İrandan qaldırıldığı haqda məlumat yaymışdılar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi