İranda bir gündə koronavirusdan 139 nəfər ölüb- 3 mindən çox insanın kritikdir

İranda bir gündə koronavirusdan 139 nəfər ölüb- 3 mindən çox insanın kritikdir 

Son 24 saatda İranda koronavirusa yoluxmuş 139 nəfər vəfat edib.

APA.az-ın  xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

İranda koronavirusdan ölənlərin ümumi sayı 2517-yə çatıb. Son sutka ərzində ölkədə 3076 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İranda koronavirusa yoluxanların sayı 35408-ə çatıb. Bu günədək virusa yoluxmuş 11679 nəfər sağalıb.

Hazırda virusdan müalicə alanların 3206-nın vəziyyəti kritik və ağırdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi