İranda koronavirusdan ölənlərin sayı 500-ü ötdü

İranda koronavirusdan ölənlərin sayı 500-ü ötdü 

İranda daha 85 nəfər koronavirusun qurbanı olub.

 IRNA xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 514nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 289 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 11 326 nəfərə çatıb.

K.Cahanpur həmçinin 3 529 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi