
İranın ABŞ ilə hər hansı danışıq apardığını təkzib etməsi,qızılın qiymətini kəskin ucuzlaşdırdı
Dünya bazarında qızılın qiyməti daha da geriləyib. Buna səbəb, Prezident Donald Trampın İranın enerji infrastrukturuna qarşı növbəti zərbələri təxirə salmasından sonra İranın ABŞ ilə hər hansı danışıq apardığını təkzib etməsi olub.
Qızılın unsiyasının qiyməti Bakı vaxtı ilə saat 08:38-də 1,4% ucuzlaşma ilə 4344 dollara düşüb. Gün ərzində qızılın qiyməti 4306 dolları da görüb.
Vaşinqtonun İrana qarşı zərbələri təxirə salmaq qərarı ümumi bazarlarda gərginliyi müəyyən qədər azaldıb və neft qiymətlərində kəskin enişə səbəb olub. Bu isə əvvəlki sessiyada qızılın itkilərinin bir hissəsini azaltmasına imkan verib.
Tramp İranın elektrik şəbəkəsini bombalamaq hədəsini təxirə saldığını, bunu isə adı açıqlanmayan iranlı rəsmilərlə “çox yaxşı və məhsuldar” danışıqlarla əsaslandırdığını bildirib.
Lakin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial şəbəkədə belə danışıqların baş vermədiyini açıqlayıb ki, bu da qeyri-müəyyənliyi artırıb.
Faktinfo.az onu da qeyd edir ki,Trampın İranla danışıqların aparıldığına dair açıqlaması gün ərzində bir neçə İranlı rəsmilər tərəfindən təkzib edilmişdi.Hətta ABŞ prezidentinin bu açıqlaması neft qiymətlərinin aşağı salınması üçün manipulyasiyadan başqa bir şey olmadığı bildirilmişdi.












Bu xəbər üçün şərh yazın