İranın Ermənistana satdığı silah ilk dəfə üzə çıxdı

İranın Ermənistana satdığı silah ilk dəfə üzə çıxdı 

Ermənistan İran istehsalı olan AD-08 “Məcid” qısamənzilli hava hücumundan müdafiə sistemini əldə edib.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, bununla da Ermənistan sözügedən HHM kompleksinin ilk xarici operatoru olub.

Məlumata görə, sistem İran və Ermənistan arasında 2024-cü ilin iyulunda imzalanmış 500 milyon dollarlıq gizli silah müqaviləsi çərçivəsində tədarük edilib.

Qeyd edək ki, AD-08 “Məcid” elektro-optik və infraqırmızı hədəf aşkarlama sistemi ilə çalışır və o, radar siqnallarından minimum istifadə etdiyi üçün aşkarlanması çətin hesab olunur. AD-08 “Məcid” sistemi dronları, helikopterləri və aşağı hündürlükdə uçan digər hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Kompleks həmçinin qanadlı raketlərə qarşı yaxın məsafəli müdafiə təmin edir. Sistem hava hədəflərini elektro-optik və infraqırmızı avadanlıqlar vasitəsilə aşkarlayır, radar istifadə etmədən onları gizli şəkildə izləyərək zərərsizləşdirə bilir. AD-08 “Məcid” eyni anda bir neçə hədəfə qarşı fəaliyyət göstərmək imkanına malikdir. Mobil platforma üzərində yerləşdirildiyi üçün sürətli mövqe dəyişərək operativ hava müdafiəsi yaratmağa imkan verir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪