İraq Türkiyədən 8 "Bayraktar TB2S" alır

İraq Türkiyədən 8 "Bayraktar TB2S" alır 

İraq noyabr ayında Türkiyə ilə səkkiz "Bayraktar TB2S" Pilotsuz Uçuş Aparatının (PUA) alınmasına dair müqavilə imzalayıb.

Az vision.az xəbər verir ki, bu barədə Rusiya hərbi saytları məlumat yayıb.
Bildirilir ki, rəsmi müqavilənin imzalanması ikitərəfli görüşlərin və danışıqların bir neçə raundunun yekunlarına əsasən baş tutub.

- İraqın müdafiə naziri Cuma İnad Sadun əl-Cəburi avqust ayında İstanbulda keçirilən "IDEF-2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edərkən burada Türkiyənin müdafiə naziri Hulusi Akarla danışıqlar aparıb. Görüş zamanı nazirlər əsasən regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Həmin ayın sonunda İraqın müdafiə naziri ölkənin özəl televiziya kanalı “Əl Şərqiyyə”də Türk Aerokosmik Sənayesindən "Bayraktar TB2S", eləcə də 12 "T-129B ATAK" hücum helikopterinin alınması ilə bağlı razılaşma əldə edildiyini söylədi.

Yeni PUA-ların operatorları, çox güman ki, İraq Quru Qoşunlarının ordu aviasiyasının komandanlığından olacaq. Qeyd edək ki, "Bayraktar"ın "TB2S" versiyası peyk rabitəsində istifadə edilən SATCOM antenasını yerləşdirmək üçün bir qədər dəyişdirilmiş dizayna malikdir. Bu isə, PUA-nın daha geniş ərazidə və daha geniş diapazonda işləməsinə imkan verir-,məqalədə yazılıb. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi