"İrəvan Bakı və Tbilisidən nümunə götürməlidir"

"İrəvan Bakı və Tbilisidən nümunə götürməlidir" -Könül Nurullayeva

Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı verdiyi əsas mesajlardan biri bu idi.

Dövlət başçımızın da söylədiyi kimi, bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Sülh və təhlükəsizlik, sıx əməkdaşlıq regionun inkişafının əsas şərtidir.

Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat onu da qeyd edib ki,Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq Cənubi Qafqazda tamamilə yeni siyasi vəziyyət yaranacaq.Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Azərbaycan və Gürcüstan bu əməkdaşlığın tərəfdarıdır. Amma Ermənistanın da konstruktiv mövqe sərgiləməsi vacibdir.Bakı və Tbilisinin ərazi bütövlüyünə yanaşması eynidir. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Bu yanaşma regionda sülhün tam bərqərar olmasına dəstəkdir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili də bəyan etdi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Prezident İlham Əliyevin Tbilisidə bəyan etdiyi kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatların Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesinə dəstək cəhdlərini rəsmi Bakı alqışlayır. Təbii ki, bu, birtərəfli və qərəzli olmamalıdır. Azərbaycan bu prosesdə Gürcüstanın da töhfə verəcəyinə ümid edir.

Qaldı qonşu Gürcüstan dövlətinin mövqeyinə,Tbilisi də qonşu Azərbaycanla Ermənistanın sülh sazişini imzalayacağına ümid edir. "Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaq və ölkələrimizin firavanlığına xidmət edəcək, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün”,- deyə Qaribaşvili ölkəsinin mövqeyini diqqətə çatdırıb".

K.Nurullayeva onu da bildirib ki,Azərbaycanla Gürcüstan birlikdə və digər qonşu ölkələrlə uğurlu layihələr icra etməkdədir. Bu, güclü siyasi iradə və güclü infrastruktur hedabına reallaşır.Təbii ki, dövlət başçımızın da söylədiyi kimi, ən əsas amil Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır. Məlumdur ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir.Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Ümumiyyətlə, Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Postmünaqişə dövründə nəqliyyat sahəsində əməkdaşlıq üçün də yeni mərhələ başlayıb. Təsadüfi deyil ki, ikitərəfli əlaqələrin önəmli hissəsi nəqliyyatla bağlıdır. Bakı və Tbilisi Orta Dəhlizin həyata keçirilməsində də uğurla fəaliyyət göstərirlər. Növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımların atılması gözlənilir. Azərbaycam və Gürcüstanın timsalında deyə bilərik ki, Cənubi Qafqaz regionun inkişafı ölkələr arasında ikitərəfli münasibətlərin dinamikasından birbaşa asılıdır. Ermənistanın da bölgə dövləti kimi məsuliyyətini dərk edib prosesə qoşulması regional inkişafa töhfə verə bilər. Bu mənada İrəvan Bakı və Tbilisidən nümunə götürməlidir,-deputat qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi