İrəvandan Qazaxın 4 kəndi ilə bağlı sürpriz qərar: - Dəyişdirildi

İrəvandan Qazaxın 4 kəndi ilə bağlı sürpriz qərar: - Dəyişdirildi 

Ermənistanda Qazaxın Azərbaycana qaytarılacaq Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım və Xeyrimli kəndləri ilə bağlı Vikipediya məqalələri redaktə olunub.


Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.

"Vikipediyada 4 kəndlə bağlı axtarış apardıq. Həmin kəndlərlə bağlı yazılar bir neçə gün əvvəl redaktə olunub. Belə bir qeyd qarşımıza çıxdı: “Bu səhifə sonuncu dəfə 1 mart 2024-cü il saat 16:20-də dəyişdirilib".

Əvvəlki mətnlər (qondarma – red.) yoxdur və Vikipediyanın ermənicə mətnləri azərbaycancaya dəyişdirilib. Adlar da Azərbaycan toponimləri (tarixi adları - red.) ilə qoyulub”, - məlumatda deyilir.

Ermənistan mətbuatı sözügedən kəndlərin tezliklə Azərbaycana təhvil veriləcəyini yazır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi