İsa Həbibbəyli danışdı

İsa Həbibbəyli danışdı -İslahatlar aparılır

Azərbaycan Milli Elmlər Akademiyasında həm struktur, həm elmi tədqiqatların dövlət quruculuğu proseslərinə daha da yaxınlaşdırılması istiqamətində islahatlar aparılır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəyli deyib.

 O bildirib ki, hazırda Milli Elmlər Akademiyasında elmi-tədqiqat işlərinin yekun hesabat prosesi keçirilir:

 "Akademiyaya daxil olan institutların elmi şuralarına geniş ictimaiyyətin, Akademiyanın digər bölmələrinin, tanınmış alimlərin iştirakı təmin olunub. Bu da hesabatda öz əksini tapıb. Bundan başqa, bölmə iclasları nəzərdə tutulur ki, orada ilin ən mühim elmi nəticələri müəyyən olunacaq. Çalışırıq ki, həmin elmi nəticələr cəmiyyət həyatının ən müxtəlif sahələrinə töhvə verə biləcək elmi nailiyyətlərdən biri olsun. Əsas məqsədimiz bundan ibarətdir ki, Milli Elmlər Akademiyasının bütün fəaliyyəti Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olsun, bununla da elm, ölkəmizin inkişafına öz dəstəyini göstərsin".

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi