İsa Həbibbəyli Ramiz Mehdiyevin nəvəsinin toy şənliyində iştirak etməyib -

İsa Həbibbəyli Ramiz Mehdiyevin nəvəsinin toy şənliyində iştirak etməyib - "Yayılan xəbərlərin heç bir əsası yoxdu"

Bəzi saytlarda AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızının karantin qaydalarının pozularaq təşkil olunduğu toy mərasimində, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, deputat, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəylinin də iştirak etdiyinə dair xəbərlər yayılıb.

Faktinfo.az saytı AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən məsələyə münasibət öyrənib.Məlumata görə,sayt və  sosial şəbəkələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir: “Akademik İsa Həbibbəyli avqustun 18-i saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün avqustun 24-dək Naxçıvanda qalıb.Deputat ümumiyyətlə karantin müddətində heç bir toyda iştirak etməyib,yayılan xəbərlərin heç bir əsası yoxdu".




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi