İsgəndər Həmidov Sulutəpə qəbiristanlığında xanımının yanında dəfn olunacaq

İsgəndər Həmidov Sulutəpə qəbiristanlığında xanımının yanında dəfn olunacaq 

İsgəndər Həmidov Sulutəpə qəsəbəsindəki qəbiristanlıqda xanımı dəfn olunan yerdə torpağa tapşırılacaq.

Bu barədə mərhumun qardaşı oğlu Şəhriyar Məcidov məlumat paylaşıb. O bildirib ki, sabiq nazirin nəşi saat 11:00-da Göy Məsciddən götürüləcək.

İ.Həmidovun yas mərasimi Badamdar qəsəbəsindəki mərasim zalında olacaq.

Qeyd edək ki, keçmiş daxili işlər naziri İsgəndər Həmidov 24 yanvar tarixindən komada idi. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi