“ İsgəndər Həmidovla bağlı iddialar şoudur”

“ İsgəndər Həmidovla bağlı iddialar şoudur” 

Mayın 19-da müalicə adıyla Azərbaycanı tərk edən sabiq daxili işlər naziri İsgəndər Həmidovun ölkəyə dönəcəyi təqdirdə həbs olunmaq təhlükəsi gözlədiyi haqqında xəbər vermişdik.

 İddia edilir ki, İsgəndər Həmidov ölkənin mühüm bir beynəlxalq tədbirə ev sahibliyi edəcəyi ərəfədə ictimai diqqətin paytaxt Bakıya fokuslandığını nəzərə alaraq, yaxın ətrafına, eləcə də bəzi AXH üzvlərinə mayın 25-də və mayın 28-də icazəsiz aksiyalara getmək barədə göstəriş və pul verib. Dindirməyə cəlb edilmiş 10-larla şəxs pul və icazəsiz aksiyaya getmək barədə göstərişi birbaşa İsgəndər Həmidovdan aldıqlarını artıq etiraf ediblər.

Bakupost.az  xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Xalq Hərəkatının (AXH) İdarə Heyətinin digər qanadının üzvü, Ağ Partiya başqanı Tural Abbaslı "Yeni Sabah”a danışıb. O baş verənlərə inanmadığını bildirib:

"Bildiyiniz kimi artıq bir müddətdir ki, mənim təmsil olunduğum AXH və İsgəndər Həmidovun təmsil olunduğu AXH yollarını ayırıb. Yəni biz AXH-dəki çatışmazlıqları aradan qaldırmağı təklif etdikdə buna qarşı müqavimət göstərildi. Başqa digər fikir ayrılıqlarına əsasən birgə fəaliyyət mümkün olmadı. Yəni demək istəyirəm ki, İsgəndər Həmidovun təmsil olunduğu AXH-də nələrin baş verməsi barədə detallı məlumatım yoxdur.

Biz, yəni mənim də təmsil olunduğum AXH mayın 25-də keçirəcəyimiz "AXH Cümhuriyyət yolunda" adlı tədbirə hazırlaşırıq. Ancaq istənilən halda mən qətiyyən inanmıram ki, nə İsgəndər Həmidov, nə də orada təmsil olunan digərləri hansısa təxribata və ya razılaşdırılmamış aksiyalara hazırlaşsınlar”.

T.Abbaslı düşünür ki, bu həbslər və repressiyalar hakimiyyətin növbəti quraması və şousudur:

"İqtidar hər zaman olduğu kimi özünün uydurduğu ssenariyə əsasən, ona qarşı müxalif fikirdə olanları həbs edir, xof yaratmağa çalışır və insanların haqlarını tapdalayır. Biz AĞ Partiya olaraq hakimiyyəti təcili bu repressiv addımları durdurmağa və günahsız yerə həbs etdiyi fəalları dərhal azad etməyə çağırırıq”.

Qeyd edək ki, Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-sı təsis olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi