İspaniya jurnalı Mehriban Əliyeva haqqında yazdı:

İspaniya jurnalı Mehriban Əliyeva haqqında yazdı: "Azərbaycan mədəniyyətinin dünyada təbliğində..."

İspaniyanın nüfuzlu "Diplomatiya XXI əsr” jurnalında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, o cümlədən tolerantlıq və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində əvəzolunmaz xidmətlərindən bəhs edən geniş məqalə dərc olunub.

Faktinfo.az Yeni Sabah.az-a istinadən  bildirir ki, ölkəmizin İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü ilə hazırlanmış məqalədə Azərbaycanda humanizm və xeyirxahlıq rəmzinə çevrilmiş Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə verməsindən, onun rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələrin milli dəyərlərin qorunmasına və onların ictimai şüurda möhkəmlənməsinə xidmət etməsindən söz açılır.

Məqalədə 2004-cü ildə əsası qoyulmuş və elə o vaxtdan Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun ölkənin inkişafına verdiyi töhfələrdən, çoxsaxəli fəaliyyətindən bəhs olunur. Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində məqsədyönlü və ardıcıl iş aparması xüsusi olaraq vurğulanır.

Fondun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfransların, tədbirlərin keçirildiyi, ermənilərin Xocalıda törətdikləri soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətləri barədə məlumatlandırma kampaniyasının uğurla aparıldığı qeyd olunur, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılır.

Qeyd olunur ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESKO) ilə əlaqələri xüsusi yer tutur, Azərbaycan-UNESKO əməkdaşlığının yüksələn xətlə inkişaf etməsində Fondun prezidenti Mehriban Əliyevanın səyləri danılmazdır.

Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə Heydər Əliyev Fondunun humanitar sahədə digər dövlətlərlə ikitərəfli münasibətlərin dərinləşməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət etməsi yüksək qiymətləndirilərək, Fondun bu məqsədlə həyata keçirdiyi layihələr geniş şəkildə işıqlandırılır. Tolerantlıq və dialoq sahəsində görülmüş işlərin nəticəsi olaraq Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycana səfər etdiyi, Müqəddəs Məryəm katolik kilsəsində dua mərasimi zamanı Azərbaycanı "sivilizasiyalar arasında körpü” adlandırdığı xüsusi olaraq vurğulanır.

Nəfis tərtibata çap edilən "Diplomatiya XXI əsr” jurnalı ölkədə böyük oxuyucu kütləsinə və xüsusi nüfuza malik olmaqla yanaşı, İspaniyanın dövlət orqanları, xüsusilə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi, bu ölkədəki diplomatik nümayəndəliklər, habelə İspaniya Krallığının Latin Amerikası ölkələrindəki səfirlikləri arasında da geniş yayılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi