
İsrail İranın daha 2 generalını öldürüb - Rəsmi açıqlama
İsrailin İrana qarşı həyata keçirdiyi son hava hücumlarında iki yüksək rütbəli İran hərbçisinin öldürüldüyü rəsmən təsdiqlənib.
Hücumlarda İran Baş Qərargahının Kəşfiyyat rəisi, general Qulam Rza Mehrabi və əməliyyatlar üzrə rəis müavini general Mehdi Rəbbaninin həyatını itirdiyi açıqlanıb.
Hərbi mənbələrin məlumatına görə, hücum İranın daxili hissəsində yerləşən strateji qərargaha qarşı həyata keçirilib.
İran Baş Qərargahından verilən yazılı açıqlamada, "General Qulam Rza Mehrabi və general Mehdi Rəbbani vəzifəsini yerinə yetirərkən İsrailin xain hücumu nəticəsində şəhid oldular. Bu itkilər İranın müqavimət əzmini daha da gücləndirəcək" ifadəsi işlədilib./Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın