İsrail Şərqi Aralıqda Türkiyə ilə müharibəyə hazırlaşır

İsrail Şərqi Aralıqda Türkiyə ilə müharibəyə hazırlaşır 

İsrail Türkiyənin S-400 havadan müdafiə sisteminə qarşı indidən tədbir görür.

Axar.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin artıq S-400-lərə qarşı F-35 pilotlarını hazırladığı haqda məlumat yayılıb.

Qeyd olunur ki, İsrail bu günə qədər 50 ədəd F-35 təyyarəsi almaq üçün müqavilə imzalayıb. Daha 25-ni də sifariş etmək istəyir.

İsrailli hərbi mütəxəssislərin fikrincə, F-35-lər, Suriyadakı S-300 kimi, Rusiyanın qabaqcıl hava hücumundan müdafiə sistemlərini məğlub edə biləcək yeganə təyyarədir. F-35-in inkişaf etmiş elektron, təhlükəsizlik sistemləri və digər sensorlar əsasən ABŞ tərəfindən qorunur.

Aralıq dənizindəki qaz ehtiyatları ilə bağlı mövcud mübahisənin böyük münaqişələrə səbəb olma potensialı da nəzərdən keçirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi