
“İSRAİLDƏN XÜSUSİ İLƏ NARAZIYAM” - Tramp bu dəfə Təl-Əvivə xəbərdarlıq etdi -YENİLƏNİB
Tramp özünün rəsmi sosial media hesabından etdiyi paylaşımda İsrailin mümkün hücum planını “böyük pozuntu” adlandırıb və dərhal dayandırılmasını tələb edib:
“İsrail. Bu bombaları atmayın. Əgər atsanız, bu, ciddi bir pozuntu olacaq. Pilotlarınızı dərhal evə qaytarın! Donald J. Tramp, Amerika Birləşmiş Ştatlarının Prezidenti" - deyə, o, bildirib..
Trampın bu tərzdə sərt və təzyiq dolu mesajı sosial mediada paylaşması, Vaşinqton-Təl-Əviv xəttində koordinasiyanın zəiflədiyi təsəvvürünü yaradır.
Trampın bu çağırışı Qərb mətbuatında “Prezidentin açıq qəzəbi”, “İsraillə fikir ayrılığı”, “Vaşinqtonun diplomatik qəzəbi” kimi başlıqlarla yayımlanıb. Analitiklər hesab edirlər ki, Tramp bu mesajla həm də qlobal ictimaiyyətə “ABŞ məsuliyyətsiz müharibə planlarının yanında deyil” mesajı verir.
***
ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında elan olunan atəşkəsin pozulması ilə bağlı ilk dəfə danışıb.
Lahey şəhərində keçiriləcək NATO Zirvəsinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verən Tramp hər iki tərəfin razılaşmanı pozduğunu bildirib.
“Atəşkəsi həm İran, həm də İsrail pozdu. Hər ikisindən də narazıyam. Amma İsraildən doğrudan da çox narazıyam", - deyə Tramp qeyd edib.
Tramp bildirib ki, İsrailin atəşkəsi qəbul etməsinə baxmayaraq sonradan İrana hücum edəcəyini elan etməsi qəbuledilməzdir. ABŞ Prezidenti bu mövqeyin atəşkəs ruhuna zidd olduğunu vurğulayıb.
ABŞ lideri İranın nüvə proqramından da bəhs edib.
“İranın nüvə proqramı artıq yoxdur. Onun yenidən qurulmasına heç vaxt icazə verilməyəcək", - Tramp deyib./Azpolitika.info
Bu xəbər üçün şərh yazın