İsrailin mərkəzində hava həyəcanı - İran Təl-Əvivi vurur

İsrailin mərkəzində hava həyəcanı - İran Təl-Əvivi vurur 

İsrailin mərkəzi bölgələrində hava həyəcanı elan edilib. İsrail ordusu tərəfindən yayılan məlumata görə, İran ərazisindən İsrail istiqamətində növbəti raket buraxılışı qeydə alınıb.

Xəbərdarlıq siqnalları xüsusilə Təl-Əviv və ətraf ərazilərdə səslənib. Həyəcan siqnallarından sonra bir neçə partlayışın baş verdiyi bildirilir.

İsrail ordusu gün ərzində artıq beşinci dəfə İran ərazisindən raket buraxılışı aşkar etdiyini açıqlayıb. Hazırda İsrail ordusu raketlərin havada zərərsizləşdirilməsi üçün müdafiə tədbirlərini davam etdirir.

Eyni zamanda, İran mediası da ölkədən İsrail istiqamətində raketlərin buraxıldığını təsdiqləyib. "Al Hadath" telekanalının məlumatına görə, atılan raketlər İsrailin mərkəzi bölgələrini hədəf alıb./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi