İstanbulun qala divarları bərpa olunur

İstanbulun qala divarları bərpa olunur 

İstanbulun rəmzlərindən biri hesab edilən qədim divarları bərpa edilir.

"AZƏRTAC"ın məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən bərpa edilən divarlar 1985-ci ildə UNESKO-nun Dünya Maddi İrs Siyahısına salınıb. Eramızın V əsrində - Şərqi Roma imperiyası dövründə inşasına başlanılan şəhər divarları tarixin izlərini günümüzədək qoruya bilib. İstanbulun fəthinin rəmzlərindən olan qala divarları dünyanın ən uzun tarixi abidələri siyahısında yer alır. Təxminən 20 kilometr 520 metr uzunluğu olan tarixi divarlar xəndək, quru, xarici və daxili divar olmaqla üç hissəyə bölünür.

Hazırda tarixi abidənin təxminən 7 kilometrlik hissəsi bərpa edilir. Bərpa işlərinin 2020-ci ildə başa çatdırılması planlaşdırılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər