
"İstilər düşən kimi pambığın böyümə və inkişafında müsbət meyllər görünür" - FOTO
Yayın istiləri düşən kimi pambığın böyümə və inkişafında müsbət meyllər görünür, plantasiyalarda pambıq sovkasının birinci nəslinə qarşı çiləmələr aparılır, suvarma qabağı gübrə verilir və dərhal suvarma başlayır, yerli sortlarımızın durumu yaxşıdır, artıq çiçəkləmə ərəfəsindəyik, ilk mayalanmış çiçəklər görünür."
Faktinfo.az xəbər verir ki,bu fikirləri AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, diqqətimiz tam buradadır. Həm alimlərimiz, həm də texniki işçilərimiz ürəklə çalışırlar:
"Günəbaxan plantasiyalarında da vəziyyət ürəkaçandır. Artıq kütləvi çiçəkləmə başlayır, səbətlər formalaşır və ilk məhsulun əsası qoyulur. Bu şəkillər də 27 iyun 2025- ci il,saat 11:30 radələrində çəkilmişdir. Zəhməti olan hər kəsə təşəkkürlər!"- İbrahim Cəfərov paylaşmasında qeyd edib.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın