IV qrupda ötən illə müqayisədə yüksək bal toplayanların sayı çox olub

IV qrupda ötən illə müqayisədə yüksək bal toplayanların sayı çox olub - Məleykə Abbaszadə

Plan yerləri çox olduğundan IV qrupda müəyyən qədər boş yerlər olacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu il IV qrup üzrə müsabiqə mərhələsini keçən abituriyentlərin sayı ötən illə müqayisədə artıb: "IV qrupda 600-dən çox bal toplayanların sayı ötən illə müqayisədə 54 nəfər çoxdur. Eyni zamanda, 500-dən yuxarı bal toplayanların sayı 571 nəfər, 400-dən yuxarı bal toplayanlar isə ötən illə müqayisədə 141 nəfər çox olub. Bundan başqa, 150-dən çox bal toplayanlar da keçənilkindən daha çox olub".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi