Jurnalist Gömrük Sərhəd Buraxılış Məntəqəsində problemlə üzləşib-

Jurnalist Gömrük Sərhəd Buraxılış Məntəqəsində problemlə üzləşib- TƏFƏRRÜAT

Faktinfo.az xəbər verir ki, “Yeni Sözçü” qəzetinin baş redaktoru Arzuman Nəbiyev müvəqqəti istifadəsində olan KK-903-EE dövlət nömrə nişanlı (Gürcüstan qeydiyatı) Mercedes-Benz markalı avtomobilini koronavirus pandemiyası ilə əlaqədar, əksər soydaşlarımız kimi, 2020-ci ilin mart ayından bu ölkəyə göndərə bilməyib və avtomobil Azərbaycanda qalıb. Bu barəbə məlumatı “Yeni Sözçü” qəzeti yazıb.

Belə ki,baş redaktor bu günlərdə həmin maşını Gürcüstana göndərmək zərurəti ilə qarşılaşıb.Bu məqsədlə 05.10.2022-ci il tarixdə və 11. 10.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinə və şəxsən sədrin səlahiyyətlərini icra edən birinci müavin Şahin Bağırova müraciət edib. Bir neçə gün sonra Arzuman Nəbiyevin müraciətinə DGK-nin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisi müavini Mübariz Mustafayevin imzası ilə cavab verilib. Həmin cavabda idarə rəisinin müavini yazıb ki, sərhədkeçmə ilə bağlı tətbiq olunan məhdudiyyətlər 01 noyabr 2022-ci ilə kimi uzadıldığı üçün, bu məhdudiyyətlər aradan qaldırılandan sonra xarici dövlətlərdə qeydiyyatda olan və müvəqqəti istifadə məqsədilə gətirilmiş avtomobillər ölkədən çxarıla bilər. 

Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəis müavini Mübariz Mustafayevin imzası ilə verilən cavabda o da  qeyd edilib ki,bu zaman koronavirus pandemiyasının yaratdığı fors-major vəziyyət nəzərə alınacaq. 

Arzuman Nəbiyev isə istifadəsində olan avtomobili 1.12.2022-ci il tarixində Gürcüstana göndərən zaman ona 60 ABŞ dolları məbləğində “yol vergisi”ndən əlavə, avtomobilin Azərbaycanda qaldığı hər günə görə 0.60 cent cərimə hesablanıb.Nəticədə baş redaktor 828 manat pul verdikdən sonra, avtomobilin Gürcüstana keçirilməsinə icazə verilib. 

Çox maraqlıdır ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin rəsmi şəxsləri Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəis müavini Mübariz Mustafayevin imzası olan cavabı nəzərə almaqdan niyə  imtina ediblər. Digər tərəfdən Mercedes-Benz markalı avtomobilin Gürcüstana keçidinə icazə verilməsi üçün alınan 828 AZN-lə  bağlı verilən “sənəd”in rəsmiliyini təsdiq edən heç bir möhür və imza da yoxdur. “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində isə, məhz bu möhürsüz, imzasız “sənəd”lər əsasında insanlardan hər ay milyonlarla manat həcmində pul toplanması ehtimalının hələ də qüvvədə qalması fikiri formalaşır.

Qəzetə adının çəkilməsini istəməyən gömrük eksperti isə bildirib ki, Şahin Bağırov savadlı kadrlardan biri olmasına baxmayaraq, DGK-dakı vəziyyəti hələ də nəzarət altına ala bilməyib. Ekspert bunun səbəbini DGK-da  Səfər Mehdiyevə  yaxınlığı ilə tanınan kadrların Şahin Bağırovun uğur qazanmasını əngəlləyirlər,-deyə qəzetə danışıb.Hətta Dövlət Gömrük Komitəsi sədrinin birinci müavinin fəaliyyətinin “sabotaj” olunduğu ilə bağlı da iddiaların yer aldığı vurğulanıb.

Qeyd:Belə başa düşülür ki,baş redaktor Arzuman Nəbiyevin qarşılaşdığı vəziyyətlə bağlı digər vətəndaşlarımız da problem yaşayacaqlar.Yəni Gürcüstan  qeydiyyatlı avtomobillərinə görə,onlar da hər günə görə 0.60 cent cərimə ödəməli olacaqlar.Maraqlıdır deyilmi ?

 Faktinfo.az





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər