Jurnalist Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirdi

Jurnalist Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirdi 

Jurnalist Aynur Elgünəş Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

Aynur Elgünəşin etirazı nazirliyin mətbuat xidmətinin fəaliyyətsizliyi ilə bağlı olub:

“Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin ediləndən mən bircə dəfə də olsun bu adamım səsini eşitməmişəm. Bu adam özü üçün xüsusi olaraq bir qrup yaradıb. Yəni, 3-5 nəfər jurnalistlə işləyir. Ancaq onlara xəbər verir. Digər jurnalistlərin heç birinə cavab vermir. Hətta mədəniyyəti çatmır ki, telefonu açıb “məşğulam” desin. İki dəfə zəng edən kimi adamı bloka atır. Mən sizə göstərə də bilərəm ki, gün ərzində bu adama dəfələrlə zəng vurmuşam. Jurnalist fəaliyyətimdə hələ özümə qarşı belə tərbiyəsizliklə üzləşməmişdim”.

Aynur Elgünəş deyib ki, aksiyası yalnız Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə yekunlaşmayacaq. “Mən bunu kampaniyaya çevirəcəm. Digər fəaliyyətsiz mətbuat xidmətləri ilə də bağlı aksiyalar keçirəcəm”, - deyə jurnalist vurğulayıb./Yenisabah.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi