"Jurnalist"lə bağlı cinayət işi məhkəməyə göndərildi

"Jurnalist"lə bağlı cinayət işi məhkəməyə göndərildi 

Vəzifəli şəxslərə hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən sosial media istifadəçisi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Faktinfo.az xəbər verir ki,Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, sosial şəbəkə və informasiya resurslarının imkanlarından sui-istifadə edərək ayrı-ayrı şəxslərin şəxsi toxunulmazlıq hüququna qəsd edən Bayram Nazim oğlu Hacıyevin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılmış istintaq tədbirləri ilə Bayram Hacıyevin ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərin onlar barəsində həqiqəti əks etdirməyən rüsvayedici məlumatların Yutub video paylaşım platforması və Feysbuk sosial şəbəkəsində yaratdığı şəxsi səhifələrində yayımlayacağı ilə hədələyib sonunculardan müxtəlif məbləğlərdə pul vəsaitini tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

Bayram Hacıyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi