Kamaləddin Qafarova qarşı seçki təxribatı ifşa olundu

Kamaləddin Qafarova qarşı seçki təxribatı ifşa olundu - VİDEO

Seçicilərin deputatlığa namizəd Kamaləddin Qafarovu kütləvi şəkildə dəstəkləməsi, müxtəlif ictimai rəy sorğularında davamlı şəkildə qalib olması çoxlarının yuxusunu ərşə çəkib.

Rəqib namizədlərin bu göstəricilər səbəbindən  xəyal qırıqlığına uğraması təbiidir. Amma blogger Mehman Hüseynovun son günlərdə Kamaləddin Qafarova qarşı çirkin kampaniyaya başlaması çoxlarını, yumşaq desək,ciddi düşündürürdü.

Nəhayət, bu gün  Mehman Hüseynovun  saxtakar əməli danılmaz sübutlarla ifşa olunub. 

Belə ki,28.01.2020-ci il tarixində Kamaləddin Qafarovun Əmək və Sosial Münasibətlər Akademiyasında seçicilərlə möhtəşəm görüşü baş tutub. Bu görüşü pozmaq üçün Mehman Hüseynov və Ülvi Həsənlinin fitnəkarlıq hərəkətləri törədəcəyi təxmin edilirdi.Bu fitnəkarlığın banisi və ideya müəllifi- Ülvi Həsənli və icraçısı Mehman Hüseynov hərəkətə keçərkən yaxalanıblar.

Mehman Hüseynovun bir qrup şəxslə 90 ZZ 349 nömrəli “Mersedes”lə gəldiyi məlum olub və o,qadınlara “təlimat keçərkən” kameralara tuş gəlib. Videoya diqqət edin: Ülvi Həsənli və “demokratiya carçısı” Mehman Hüseynov bir neçə qadını akademiyanın giriş qapısının qarşısında necə qarışıqlıq salmağı izah edirlər.

Bir məqama da diqqət yetirin: “təlimat” tam başa çatmır, onların hərəkətlərinin telefonla çəkildiyini görən Mehman Hüseynov çaşdığından özünü yolluğa atır. Ülvi də onun dalınca qaçır.

Rəzalət bununla bitmir. Mehman-Ülvi duetinin sosial şəbəkədə yaydıqları videoya baxaq. Həmin qadınları və Mehman Hüseynovu tanıdınızmı? Xahiş edirik, həmin qadınları diqqətlə yuxarıdakı “təlimat səhnəsi” ilə tutuşdurun. Ülvi ilə Mehmanın kimliyini axır ki, bildinizmi? 

 Təsadüfi bir çəkiliş onların məkrli oyunlarını alt-üst etdi. Sən demə, indiyədək özlərini “haqq-ədalət tərənnümçüsü” kimi təqdim edən bu cütlük oyunlar quraraq öz “marketinq”lərini həyata keçirirmişlər. Bu da son.

Yeri gəlmişkən, xanımlar da “sövdələşmə” dən məmnun görünürlər. Belə məlum olur ki,onlara həvalə olunmuş vəzifənin “haqqı” böyük səxavətlə, canla-başla verilir. Həqiqətən də, “istedadlı” xanımlardır. Oynadıqları rollar lap “Oskar”a layiqdir.

Finita la comedia, cənablar!

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi