Kamran Əliyevə yüksək vəzifə verildi

Kamran Əliyevə yüksək vəzifə verildi 

DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevə yeni vəzifə verilib.

Faktinfo.az Axar.az-a istinadən  xəbər verir ki, o, BDYPİ-nin rəis müavini vəzifəsinə təyin olunub.

K.Əliyev eyni zamanda BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəisi vəzifəsini də icra edəcək.

Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan vəfat edib

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi