Keçmiş bələdiyyə sədri təyinatı örüş üçün nəzərdə tutulan 50 hektar torpağı zəbt edib-

Keçmiş bələdiyyə sədri təyinatı örüş üçün nəzərdə tutulan 50 hektar torpağı zəbt edib- Zərdab rayon Dəliquşçu kənd sakinləri şikayət edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ,hüquq-mühafizə orqanları rəhbərlərinə şikayət məktubu ilə müraciət edib,bir nüsxəsi də Faktinfo.az-a ünvanlanan məktubda kəndin örüş üçün nəzərdə tutulan torpaqlarının sabiq bələdiyyə sədri tərəfindən mənimsənildiyi qeyd edilir.

Zərdab rayon Dəliquşçu kənd sakinləri yazıb bildirirlər ki, kəndin sabiq bələdiyyə sədri Qəhrəmanov Allahverdi heç bir sənədi olmadan kənd camaatının örüş torpaq sahəsi olan 50 hektar yeri mənimsəmiş və həmin örüş torpaqlarının  20 hektarını yonca ,20 hektarını taxıl əkib.Eyni zamanda mişar daşından böyük ferma tikərək,  balıq gölü yaradıb. 

Tədbir görülməsi üçün Ədliyyə Nazirliyinə də ərizə göndərilib.Lakin ərazi üzrə  kurator vəzifəsində işləyən Seymur Nağıyev hansısa səbəbdən örüş yerini qanunsuz əkən, balıq gölü yaradan, mişar daşından böyük ferma inşa edən Allahverdi Qəhrəmanovun cinayətinin üstünü ört-bastır edir.Həmin torpağın təyinatı örüş üçündür.Örüş torpağının əkilməsi isə cinayət əməli hesab edilir.

Biz Zərdab rayonu Dəliquşçu kənd sakinləri adından Prezident  İlham Əliyev cənabları başda olmaqla Respublikanın Baş Prokuroru Kamran Əliyevdən, Ədliyyə naziri Fikrət Məmmədovdan,Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovdan xahiş edirik ki,  örüş torpaqlarını qanunsuz əkən, balıq gölü yaradan və ferma tikən Allahverdi Qəhrəmanov,həmçinin  onu himayə edən Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Seymur Nağıyevin barəsində ciddi tədbir görülsün.

İmza: Zərdab rayonu Dəliquşçu kənd sakinləri

İmaməliyev Natiq Yaqub oğlu əlaqə telefonu: (050) 894-01-58

Kərimov Telman Lətif oğlu 2-ci qrup Qarabağ müharibəsi əlili

Hüseynov Alim Ağacan oğlu

Hüseynov Ağalar Böyükağa oğlu

 İsgəndərov Bayram Yolçu oğlu

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər