Keçmiş deputatlığa namizədin oğlu şəhid qızını bu maşınla vurub 

Noyabrın 8-də paytaxtın Səbail rayonunda şəhid Elton Əkbərovun qızı Könül Əkbərovanın ölümünə səbəb olan "Jeep Grand Cherokee” markalı maşının fotosu yayılıb

Qəza törədən avtomobil hazırda cərimə meydançasındadır.

Qeyd edək ki,  1975-ci il təvəllüdlü Könül Əkbərovanı "Jeep Grand Cherokee”markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimlinin atası Akif Rəhimov "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri, əmisi Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.(unikal.org)

Onu da qeyd edək ki,Akif Rəhimov  iki dəfə deputatlığa namizədliyini irəli sürüb.O,  50 saylı Abşeron-Qobustan seçki dairəsindən seçkilərə iki həftə qalmış namizədliyini geri götürüb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi