Keçmiş nazirə vəzifə verilir

Keçmiş nazirə vəzifə verilir 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun və Fizika İnstitutunun baş direktoru vəzifəsinə namizədlər bəlli olub.

AMEA prezidentinin müşaviri Əli Abbasovun İdarəetmə Sistemləri İnstitutunun, akademik Arif Həşimovun isə Fizika İnstitutunun baş direktoru vəzifəsinə namizədliyi irəli sürülüb.

 Onların qeyd olunan vəzifələrə təyin olunması üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılacaq.

 Qeyd edək ki, daha əvvəl Fizika İnstitutun direktoru akademik Nazim Məmmədov olub. O, kobud qanun pozuntularına yol verdiyinə görə yanvar ayının əvvəlində vəzifəsindən azad edilib.

 Xatırladaq ki, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov hazırda AMEA prezidentinin müşaviridir. O, bu təyinatdan əvvəl “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru olub./Pravda.az

Keçmiş nazirə vəzifə verilir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi