KEÇMİŞ POLİS RƏİSİ BAKIDA ŞOK CİNAYƏT TÖRƏTDİ - Azərbaycanın Milli Qəhrəmanının qardaşıdır

KEÇMİŞ POLİS RƏİSİ BAKIDA ŞOK CİNAYƏT TÖRƏTDİ - Azərbaycanın Milli Qəhrəmanının qardaşıdır 

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşı həbs edilib.

Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olan Rza Hacıyev dünən gecə 12 radələrində paytaxtda cinayət törədib.

Rza Hacıyev bir zamanlar rəhbərlik etdiyi Sabunçu rayonunun Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin "Lexus” markalı maşınına avtomatdan 18 dəfə atəş açıb.

Artıq Rza Hacıyev saxlanılıb və onun üzərindən cinayəti törətdiyi "AKM” markalı avtomat götürülüb. İstintaq davam etdirilir.//Qafqazinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər