Kənd Təsərrüfatı nazirinin müavini ADAU-ya getdi,vəziyyətlə yerində tanış oldu

Kənd Təsərrüfatı nazirinin müavini ADAU-ya getdi,vəziyyətlə yerində tanış oldu 

Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, nazirliyin əlaqdar qrumlarının rəhbər və nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yenidən qurulan tədris-təcrübə təsərrüfatında olub.

Faktinfo.az-a verilən məlumata görə ,ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 80 hektar ərazini əhatə edən təsərrüfatda görülən işlərdən, yaradılan şəraitdən qonaqları ətraflı məlumatlandırıb.

Rektor qonaqlara bildirib ki, təsərrüfatda üzüm və meyvə bağı salınıb, bütün bitki növlərindən əkilib.Həmçinin, açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar yaradılıb. Ərazinin yolları abadlaşdırılb, tədris-təcrübə təsərrüfatına xüsusi gözəllik verən meşə massivi ağac qırıntılarından və digər tullantılardan təmizlənib. Yaşıllaşdırma, asfalt salma, rəngləmə və başqa işlər vaxtında və keyfiyyətlə həyata keçirilib. Eyni zamanda tədris-təcrübə təsərrüfatında qoyunçuluq və maldarlıq kimi iki böyük ferma inşa edilib.

Bütün bunlar  ölkə Prezidentinin aqrar təhsilə xüsusi qayğısının, Kənd Təsərrüfatı nazirinin tapşırıq və tövsiyyələrinin uğurlu nəticəsi kimi qiymətləndirilib. Bazar rəqabətli kadr hazırlamaq, elmi tədqiqat və təcrübə işləri aparmaq üçün  ADAU-da hər bir şərait yaradılıb.

Kənd Təsərrüfatı nazirinin müavini ADAU-ya getdi,vəziyyətlə yerində tanış olduKənd Təsərrüfatı nazirinin müavini ADAU-ya getdi,vəziyyətlə yerində tanış olduKənd Təsərrüfatı nazirinin müavini ADAU-ya getdi,vəziyyətlə yerində tanış olduKənd Təsərrüfatı nazirinin müavini ADAU-ya getdi,vəziyyətlə yerində tanış olduKənd Təsərrüfatı nazirinin müavini ADAU-ya getdi,vəziyyətlə yerində tanış oldu
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi