Kənd Təsərrüfatı Nazirliyinə yeni aparat rəhbəri təyin edildi

Kənd Təsərrüfatı Nazirliyinə yeni aparat rəhbəri təyin edildi 

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Faktinfo.az xəbər verir ki, Rafail Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri təyin edilib.

O, buna qədər KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışıb. 


Qeyd edək ki, Rafail Quliyev 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 

Kənd Təsərrüfatı Nazirliyinə yeni aparat rəhbəri təyin edildi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi