Kərə yağının qiyməti 1 manat bahalaşıb

Kərə yağının qiyməti 1 manat bahalaşıb 

Bakı mağazalarında kərə yağının qiymətində son bir neçə gündə artım müşahidə olunur.

Dekabrın əvvəlindən kərə yağının idxalına qoyulan gömrük rüsumu 3 dəfə azaldılır, amma alıcılar “BBC Azərbaycanca”ya indidən qiymət artımı hiss etdiklərini deyir.

Mağaza sahibləri qiyməti onların artırmadığını, idxalçı firmalardan son dəfə mal qəbul edərkən qiymətin artdığını gördüklərini deyir. İdxal şirkətləri və yerli firmalar qiymət artımı iddialarını rədd edirlər. Ekspertlərin fikrincə isə rüsumun azaldılması qiymətə heç bir təsir göstərməyəcək, çünki ölkədə monopoliya var.

"Nə baş verib ki, birdən-birə bu qədər qalxıb?"

Hazırda bir çox mağazalarda həm yerlı, həm də idxal kərə yağlaırnın qiymətində təxminən "1 manat artım müşahidə olunur", alıcılar deyir. “"Anchor" yağının kilosu 1 həftə əvvəl 16 manat 90 qəpik idi, nə baş verdi ki, indi 17 manat 90 qəpik olub?", alıcılardan biri BBC-yə şikayətlənib. Radionun müxbiri  mağazalara baş çəkib və Anchor yağının paketləşdirilmiş 1 kilosunun qiymətinin 1.95 manat olduğunu görüb. Şəhərətrafı qəsəbələrin birində yerləşən və adının çəkilməsini istəməyən kiçik mazağa sahibi deyir ki, qiyməti onlar artırmayıb: "Biz sonuncu dəfə malı əvvəlkindən artıq qiymətə götürdük, səbəbini bilmirəm".

Kərə yağının qiymətinin qalxması dekabrdan bu məhsulun idxalına gömrük rüsumunun azaldılacağı ilə bağlı qərarın elanından sonraya təsadüf edir. BBC Azərbaycancaya danışan alıcılar ucuzlaşma gözlədikləri halda qiymət qalxmasını müşahidə etdiklərinə təəccübləniblər.

"Bahalaşma səbəbi inhisardır"

"Deyək ki, malın qiyməti 5 dollar göstərilirsə, onun dəyərindən 15 faiz yox, 5 faiz tutulacaq. On faiz qiymətə elə də ciddi təsir edə bilməz", = deyən iqtisadçı Nazim Baydəmirli hesab edir ki, gözlənən rüsum azalması kərə yağının qiymətini az da olsa ucuzlaşdırmalı idi, amma əksi baş verirsə, bu, inhisarçılıqdan xəbər verir. O,  deyir ki, qiyməti bahalaşdıran və ucuzlaşmağa qoymayan "məmur sahibkarlığıdır".

Ekspert onu da bildirir ki, əsasən, Ümumdünya Ərzaq Təşkilatının statistikasına istinad edilir: "Orda Azərbaycana hansı ölkələrdən yağ gətirildiyi göstərilir. O rəqəmlərlə Azərbaycanda rəsmləşdirilən qiymət arasında bir neçə dəfə fərq görünür".

Ölkəyə yağ istehsal edən şirkətlərin nümayəndələri “BBC Azərbaycan”a məhsulun qiymətində artım olmadığını söyləyirlər. "Kərə yağlarını Belarusiyadan, Ukraynadan gətiririk. Həmin yağlarda heç bir bahalaşma müşahidə olunmur. İki səbəbdən bizim idxal etdiyimiz yağlar daha ucuzudr. Birinci səbəb odur ki, MDB ölkələrindən gətirlən yağlar idxal rüsumundan azaddır. İkinci səbəb isə odur ki, logistik xidmətin göstərilməsi daha ucuz başa gəlir", – Veysəloğlu şirkətindən BBC Azərbaycancaya bildiriblər.

Yerli yağ istehsalçısı "Səba" şirkətlər qrupunun marketinq şöbəsindən BBC Azərbaycancaya deyirlər ki, son 6 ayda südün qiyməti 2 dəfə artıb. Amma onlar son günlərdə məhsulun qiymətini artırmadıqlarını deyirlər.

İqtisadiyyat Nazirliyi BBC Azərbaycancanın suallarını cavablandırmayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi