Keşlə sakinlərini narahat edən problem aradan qaldırıldı

Keşlə sakinlərini narahat edən problem aradan qaldırıldı 

Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsində yaşayan vətəndaşları uzun müddətdir narahat edən problemlərdən biri — içməli su xəttinin yenilənməsi ilə bağlı məsələ, millət vəkili Könül Nurullayevanın müraciəti əsasında aradan qaldırılmışdır.

Faktinfo.az xəbər verir ki,sözügedən küçədə yaşayan vətəndaşların problemi, K.Nurullayeva tərəfindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə çatdırılmış, qurum nümayəndələri ərazidə baxış keçirmişdir. Nəticə olaraq, "Azərsu" ASC tərəfindən həmin məhəllədə yerləşən 200 metrlik içməli su xətti tamamilə yenilənmiş, bərbad vəziyyətə düşmüş 400 kvadrat metrlik sahəyə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfalt örtüyü döşənmişdir.


Qeyd edək ki, Milli Məclisin deputatı Könül Nurullayeva isə öz növbəsində Keşlə qəsəbəsindən olan seçiciləri üçün mühüm əhəmiyyət daşıyan bu məsələnin həllində göstərdiyi dəstəyə görə "Azərsu" ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov, sədr müavini Köçərli Həsənov, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov başda olmaqla hər iki strukturun əməkdaşlarına təşəkkürünü çatdırıb.


Keşlə sakinlərini narahat edən problem aradan qaldırıldı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi