Keyfiyyətsiz benzin və dizel yanacağı insan sağlamlığı üçün təhlükəlidir- Səbəb

Keyfiyyətsiz benzin və dizel yanacağı insan sağlamlığı üçün təhlükəlidir- Səbəb 

Ölkə mətbuatına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun açıqlaması bir daha göstərdi ki,yanacaqdoldurma məntəqələrində istehlakçılara təklif olunan benzinin keyfiyyəti normalara cavab vermir. Sitat: "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yanacaqdoldurma məntəqələrində istehlakçılara təklif olunan benzinin keyfiyyəti ilə bağlı şikayətlər daxil olur, Benzinin tərkibi narazılıq doğurur”.

Faktinfo.az bildirir ki, benzinin tərkibi istehlakçılar tərəfindən narazılıq doğurursa, bu digər tərəfdən ekoloji tarazlığın pozulmasıdır.Bu səbəbdən ələlxüsus Bakıda yaz,yay və payız fəsillərində yol kənarı çayxana, kafe və digər yerlərdə oturmaq təhlükəlidir.Çünki,nəqliyyatın intensiv olduğu yaxın ərazidə qəbul olunan oksigenin tərkibi insana ziyan verə bilər. Digər tərəfdən ictimai nəqliyyatın mütləq əksəriyyəti dizel mühərriki ilə işləyir. İctimai nəqliyyatın dizel yanacağından istifadə etməsi isə atmosferə insan orqanizmi üçün zərərli olan –nitrit oksid emissiya buraxması ilə yekunlaşır.Bu zərərli maddə isə havada uzun müddət qalır və isti havada çətin sorulur,müxtəlif xəstəliklərə  səbəb olur. Belə vəziyyətdə yol kənarında oturmaq, çay içmək,qida qəbul etmək məqsədəuyğun deyil.

Şirvan Balabəyli

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi