Kişi sərxoş həyat yoldaşını sürüdü,xəstəxanaya yerləşdirildi

Kişi sərxoş həyat yoldaşını sürüdü,xəstəxanaya yerləşdirildi 

Rusiyanın Saxalin vilayətinin Anivski rayonunda kişi sərxoş sevgilisini binanın önündən sürüyərək evə aparıb

Lenta.ru-nun xəbərinə görə, Novotroitskoe kəndində baş verən hadisə videoya düşüb.

 Görüntülərdən bəlli olur ki, kişi yarıçılpaq vəziyyətdə olan sevgilisini pilləkənlə sürüyüb binaya qaldırır, başqa bir kişi isə blokun qapısını açır.

 Polisin verdiyi məlumata görə, qadın hadisə zamanı ciddi zədə almayıb.

 O, sərxoş halda sevgilisi ilə dalaşıb və sevgilisi onu vurduqdan sonra yarıçılpaq vəziyyətdə küçəyə qaçıb.

 Sevgilisi isə onun ardınca çıxıb, sürüyərək güclə evə gətirib.

 Hadisə yerinə gələn polislər kişini psixoloji xəstəxanaya yerləşdiriblər.

 Hadisə ilə bağlı araşdırma başlanıb./oxu.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi