"Kiyevdə Rusiyanın daha bir hərbi təyyarəsi vurulub" - Ukrayna DİN

"Kiyevdə Rusiyanın daha bir hərbi təyyarəsi vurulub" - Ukrayna DİN 

Ukraynadakı hərbi əməliyyatların ikinci günü Rusiyanın daha bir hərbi təyyarəsi vurulub.

Report.az xəbər verir ki, məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.

Qeyd olunub ki, Rusiya fevralın 25-də səhər saatlarında Ukrayna ərazisini yenə bombalayıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yaşayış yerlərinə yaxın ərazidə Rusiyanın hərbi təyyarəsi vurulub. Nazirlik bildirib ki, təyyarə yaşayış yerlərinə düşərək binalara zərər vurub.

Xatırladaq ki, fevralın 24-də Ukrayna səmasında Rusiyanın 6 hərbi təyyarəsinin vurulduğuna dair məlumat yayılmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi