Kiyevin müdafiəçiləri yeni raketlər aldı -

Kiyevin müdafiəçiləri yeni raketlər aldı - “Cəhənnəmə xoş gəldiniz”

Kiyevin ərazi müdafiəsi taborları Böyük Britaniyadan “NLAW” tank əleyhinə raket komplekslərini alıb. Ukrayna mediası xəbər verir ki, bu barədə Ukrayna Silahlı qüvvələrinin quru qoşunları komandanlığı bəyan edib.

Quru qoşunları xəbərlə birlikdə “"Welcome to hell” (cəhənnəmə xoş gəldiniz) yazısı ilə fotonu nümayiş etdirib.

Qeyd etmək lazımdır ki, Ukrayna hərbçiləri NLAW kompleksləri ilə Rusiyanın tanklarını məhv etməyə nail olub.

NLAW (ing.Next Generation Light Anti-tank Weapon) İsveç-Britaniya istehsalı olan daşınar, qısaməsafəli, idarə olunan raket kompleksidir. 2022-ci ilin yanvar ayından bu yana Böyük Britaniya 1000-dən çox raketi Ukraynaya verib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi