Köçərli Həsənov Masallı şəhərində vətəndaşları qəbul etdi

Köçərli Həsənov Masallı şəhərində vətəndaşları qəbul etdi 

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 28 sentyabr 2022-ci il tarixində Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Azərsu ASC-nin sədr müavini Köçərli Həsənov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Masallı şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Masallı və Yardımlı rayonlarından 46 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi