
"Köhnə bir hadisəni yeni məlumat kimi təqdim edirlər,utanmırlar" -Məlahət İbrahimqızı
"Səhhətimlə bağlı hər şey qaydasındadır. Heç bilmirəm belə xəbərləri haradan çıxarırlar. Ayağım sınmayıb, normal yeriyirəm. İşlərimə davam edirəm”.
Faktinfo.az xəbər verir ki,bunu Musavat.com-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı ayağının sınması ilə bağlı xəbərə reaksiya verərkən deyib.
Deputat bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:
“5 il bundan qabaq gözlərimi əməliyyat etdirmişəm. Bununla bağlı xəbər yazsalar, təəccüblənmərəm. Utanmırlar, aylar öncə olan köhnə bir hadisəni yeni məlumat kimi təqdim edirlər. İşimin başındayam, narahat olmayın”.
Qeyd edək ki, Manset.az xanım deputatın yıxılaraq ayağını sındırdığını yazıb. Bildirilib ki, o, ayağını sındırdığına görə Milli Məclisin plenar və komitə iclaslarında iştirak edə bilmir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın