Kollecdə qalmaqal : Müəllimlər məhkəməyə,həmkarların sədri polisə

Kollecdə qalmaqal : Müəllimlər məhkəməyə,həmkarların sədri polisə müraciət etdi

Tovuz Dövlət Sosial- İqtisadi Kollecində fəaliyyətlərinə xitam verilmiş müəllimlər-Vəliyeva Aynurə Mirzəli qızı,Ələkbərova Şahnaz Azər qızı, İsayeva Aygün Müslüm qızı, Musayeva Şəhla Dilqəm qızı tərəfindən məlumat göndərilib.

Faktinfo.az saytının elektron poçtuna göndərilən xəbərdə deyilir:

Biz aşağıda adımız və soyadımız qeyd olunan 4 şikayətçi müəllimlər bildiririk ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində baş verən "islahatlar" bu dəfə əmək müqaviləmizə xitam verilməsi ilə yekunlaşdı.Bu barədə SİZ jurnalistlərə və saytların baş redaktorlarına mütamadi məlumat verəcəyik.

Hazırda isə bir məqama diqqət çəkmək istəyirik. Belə ki, Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin yeni təyin olunan direktoru Hicran Əyyubova tərəfindən verilmiş xəbərdarlıq məktubunun icrası məqsədilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri- Samir və Siyavuş müəllim 14 oktyabr 2024-cü il tarixində kollecə gəldilər, bizi də kollecə çağırtdıraraq işimizə xitam verildiyini bildirdilər.Kollecin Həmkarlar Təşkilatının iclasına əsasən 4 müəllim üçün elan olundu ki,biz artıq bu kollecin tədris edənləri deyilik.Amma xəbərdarlıq məktubu verilmiş digər şəxsin işinə xitam verilmədi. Bu işçi Hicran Əyyubovanın Qazax rayonundan olan həmyerlisidir. Bir müddət əvvəl, "Əgər burda işdən çıxmayan bir şəxs qalacaqsa o da mən olacağam"- deyən, direktorun həmyerlisinin üstündən sükutla keçildi.Gözləyirik,Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin direktorunun diqtəsindən qaynaqlanan problemlərə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttərova nə zamana kimi seyrçi qalacaq.

15 noyabr 2024 cü il tarixində Hicran xanıma yaxınlaşıb xitam əmrimizi istədikdə isə, kadrlar şöbəsinə yaxınlaşmağımız məsləhət bilindi. Həmkarların sədri Bağırova Elmiradan protokolun surətini istədikdə isə hələ ki, protokolun yazılmadığını bildirdi.Hələ də, yazılmamış protokola rəğmən necə müəllimlik fəaliyyətimizə xitam verilə bilər, sualına isə gözləyin, indi yazarıq deyildi. 

Onu da qeyd edək ki,biz kollecə həmkarlar təşkilatından  protokolla tanış olmağa gedərkən həyat yoldaşlarımız da bizimlə idi.Həmkarların sədrinə zəng edib,kollecə getməyimizi əvvəlcədən məqsədəuyğun hesab etmişdik.Belə də oldu.Kollecdə olarkən isə məlum oldu ki,işdən çıxarılmağımız azmış kimi,Həmkarlar Təşkilatının sədrinə edilən zəngdən həyat yoldaşlarımızla bağlı, Kollecinin yeni təyin olunan direktoru Hicran Əyyubovanın "göstərişinə" əsasən Elmira Bağırova Tovuz rayon Qovlar Polis Şöbəsinə şikayət edib.Olsun,nə olar.Görək "qara məni basınca,mən qaranı basım",  "tətbiqi" direktor üçün nə vaxta kimi keçərli olacaq. 

Görünür,müəllimlik fəaliyyətimizə xitam verilməsi ilə bağlı Tovuz rayon Məhkəməsinə müraciətimiz,bir neçə dövlət orqanlarına şikayətlərimiz,mətbuata ünvanladığımız müraciətlər və hüquqlarımızı müdafiə etmək yolunda israrlı olmağımız Hicran Əyyubovanı təşvişə salıb.

Faktinfo.az
























Birinci məlumatlanmaq üçün facebook səhifəmizi