Kollecdən rüşvət iddiasına cavab: "Zənn edək ki, kollec rəhbərliyi səhv danışır, imtahanlara..."

Kollecdən rüşvət iddiasına cavab: "Zənn edək ki, kollec rəhbərliyi səhv danışır, imtahanlara..." 

"İmtahanlarda rüşvət yığıb, cavablar telefondan köçürülüb", - iddiasına Qida Sənayesi Kollecindən cavab verilib.

Faktinfo.az saytının sorğusuna cavab olaraq bildirilib ki, kollecin hüquqşünası Aynurə Muradovanın iddiasının həqiqətlə heç bir əlaqəsi yoxdur. Yanlış məlumatlardan sonra 3 telekanal kollecdə çəkiliş aparıb, tələbələrdən münasibət öyrənilib. Bir tələbə kollecin hüquqşünasının səsləndirdiyi fikirləri təsdiqləməyib.Zənn edək ki, kollec rəhbərliyi səhv danışır, imtahanlara rüşvət verilibsə, tələbələrdən biri bunu təsdiqləyərdi.


Kollecdən Tədris İşləri Üzrə direktor müavini Teymuraz Əfəndiyevin 2014-cü ildə Dövlət Sosial-İqtisad Kollecindən korrupsiya faktına görə işdən çıxarılması iddiasına da münasibət bildirilib.

"Bu da böhtandır. Teymuraz Əfəndiyev 2014-cü ilin may ayına kimi Dövlət Sosial-İqtisad Kollecində Tərbiyyə İşləri üzrə direktor müavini olub. Həmin ilin may ayından da təhsil nazirinin əmrinə əsasən, Rabitə və Nəqliyyat Kollecinə Tədris İşləri üzrə direktor müavini təyin edilib. 2017-ci ildən isə Qida Sənayesi Kollecində Tədris İşləri üzrə direktor müavinidir. Ona qarşı hər hansı korrupsiya faktı mövcud idisə o, 2014-cü ildə digər kollecə daha üstün vəzifəyə təyin edilərdimi?


Təəssüf hissi ilə qeyd edirik ki, hüquqşünas olan şəxsin arqumentlərinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Bir müddət var ki, intizam komissiyasında müzakirə gedir, kollec rəhbərliyinə qarşı səsləndirilən iddialar da bu səbəbdən qaynaqlanır", - deyə məlumatda bildirilir.

FAKTİNFO.AZ



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi