
Kollecə direktor təyin edilib
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib.
Faktinfo.az xəbər verir ki,Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərovanın əmrinə əsasən Ramilə Tağıyeva üç aylıq direktor təyin edilib.
Qeyd edək ki,Tovuz Dövlət Sosial-İqtisadi Kollecin əvvəlki rəhbəri Hicran Əyyubova isə bir müddət əvvəl Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə üç aylıq direktor vəzifəsinə təyin edilib.
Onu da xatırladaq ki,Tovuz Dövlət Sosial-İqtisadi Kolleci son bir ildə müəllimlər tərəfindən ən çox şikayət olunan təhsil müəssisəsi kimi diqqət mərkəzində olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın