Kollecə ayrılan vəsaiti taladılar, hazırda nişanəsini dağıdırlar

Kollecə ayrılan vəsaiti taladılar, hazırda nişanəsini dağıdırlar 

Hündür mərtəbəli bina tikən şəxslər üçün ətrafda tikdikləri binalardan əlavə, səmərəli və onlara ucuz başa gələcək variant kollecin geniş ərazisini, həyət və futbol meydançasını əldə etməkdir ki, buna artıq nail olublar.

Neçə illər Azərbaycan Təhsil Nazirliyinin balansında olan 50-dən çox kollecdə dövlət əmlakının talanması pis bir şəkildə təzahür etdi. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qəbul yerlərindən əlavə, başqa millətlərin etmədiyini etdilər, bizim kollec direktorları “qəbul”lar aparıb, minlərlə Azərbaycan övladlarına saxta diplomlar satmaqla “məşhurlaşdılar”. Ad oldu ki, tələbələr il ərzində topladığı biliyi semestr imtahanlarında nümayiş etdirib, kursdan kursa keçib, diplom alıb. Təbii ki, bütün bunlar bir çox valideynlərin savadsızlığı ucbatından baş verdi.Bu kimi hallar, bir neçə il qabaq Bakının Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecində də baş verdi.

 Rüşvət, yerlibazlıq, özbaşınalıq kimi hallar, axırda bir çox tələbələrin ləyaqətinə də toxunulmasına gətirib çıxartdı. Belə hərəkətlər kimlərinsə varlanmasına səbəb oldu. Kollecdə maaş kartı, tələbə təqaüdü kartları rəhbər şəxslərin cibində gəzdi. Kollecdə onlarla şəxs “ölü canlar” kateqoriyasına aid edildi. Kollecin maddi-texniki təchizatı pis günə salındı. Kollecə bu istiqamətdə ayrılan vəsaitlər mənimsənildi.Hazırda yay semestr imtahanlarıdır. Bir çox kolleclərdə olduğu kimi, orada da bazar açılıb. Fənn imtahan müəllimləri tələbələrdən rüşvəti toplayıb şöbə müdirlərinə verir. Yığılan rüşvətdən demək olar ki, müəllimlərə heçnə çatmır. 

Kollecdəki vəziyyəti Faktinfo.az saytına danışan müəllim onu da bildirir ki, iyulun 1-dən sonra Bakı Qida Sənayesi Kolleci söküləcək. Artıq kollecin iyirmi metrliyində olan iki mərtəbəli bir neçə bina sökülüb. Hündür mərtəbəli bina tikən şəxslər üçün ətrafda tikdikləri binalardan əlavə, səmərəli və onlara ucuz başa gələcək variant kollecin geniş ərazisini, həyət və futbol meydançasını əldə etməkdir ki, buna artıq nail olublar.Yaşayış binasından fərqli vətəndaşlara ev, pul vermədən kolleci və ərazisini əldə etmək təbii ki, göydən düşmədir. Belə fürsəti heç kim qaçırmaz ki, məlumata görə artıq bu işə 1 milyon manat vəsait xərclənib. Sadəcə kolleci hələlik ona görə sökmürlər ki,burada semestr imtahanları gedir. İmtahanlar yekunlaşan kimi bunu edəcəklər.Kolleci söküb ərazisini satacaqlar, bu da o anlama gələcək ki, neçə belə illər kollec adına dövlət vəsaitini taladılar, nişanəsi qalmışdı onuda dağıtdılar.

Məsələni aydınlaşdırmaq üçün Faktinfo.az saytı Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılovla əlaqə saxlayıb. Direktor kollecin sökülməsinə dair söz-söhbətin gəzdiyini bildirsə də, bunun Nazirlər Kabinetinin qərarı olmadan mümkün olmadığını bildirdi. Direktor onu da bildirdi ki, dövlətin balansında olan Bakı Qida Sənayesi Kolleci 1955-ci ildə istifadəyə verilib, qəzalı vəziyyətdə deyil. Kollecdə aparılan semestr imtahanlarının şəffaflığına gəlincə, bacardıqları qədər şəffaflığın təmin edilməsi üzrə çalışdıqlarını bildirdi.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi