Komitə sədri: “Benzinin keyfiyyəti ilə bağlı bəzi şikayətlər daxil olur”

Komitə sədri: “Benzinin keyfiyyəti ilə bağlı bəzi şikayətlər daxil olur” 

Benzinin tərkibi narazılıq doğurur

"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yanacaqdoldurma məntəqələrində istehlakçılara təklif olunan benzinin keyfiyyəti ilə bağlı şikayətlər daxil olur"

 "APA-Economics" xəbər verir ki, bunu adıçəkilən qurumun sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, bu cür şikayətlərin sayı o qədər də çox deyil: "Ara-sıra bu qəbildən olan şikayətlər komitəyə daxil olur. Lakin onların sayı o qədər də çox deyil. Təbii ki, biz öz səlahiyyətlərimiz çərçivəsində bu müraciətləri araşdırırıq".

 Komitə sədri əlavə edib ki, şikayətlərin bir çoxunun kökündə texniki səhvlər durur: "Bilirsiniz ki, Azərbaycana idxal olunan benzin "Euro-4" və "Euro-5" standartlarının tələblərinə uyğundur. Təbii ki, bu cür benzin köhnə avtomobillərdə istifadə olunan zaman müəyyən problemlər yaradır".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi