Komitə sədri məzuniyyətə çıxdı: vəzifədən gedir... - Rəsmi

Komitə sədri məzuniyyətə çıxdı: vəzifədən gedir... - Rəsmi 

Adı Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında olan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın seçki prosesində vəzifəsindən istefa verəcəyi gündəmdədir.

Axar.az-ın sorğusuna cavab olaraq Komitədən bildirilib ki, H.Hüseynova artıq məzuniyyətə çıxıb.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov isə saytımıza açıqlamasında qanunvericiliyə uyğun olaraq H.Hüseynovanın seçki dövründə vəzifəsini icra edə bilməyəcəyini deyib:

“Namizəd olduğu dövrdə o, vəzifəsinin icrasından imtina etməlidir. Yəni seçki dövrü ərzində istefa verməsi vacib olmasa da, vəzifə resurslarından istifadə edə bilməz. Əgər deputat seçilərsə, hər iki fəaliyyətlə məşğul ola bilməz. Həmin vəzifələrdən yalnız birini seçməli, digərindən imtina etməlidir”.

Beləliklə, artıq məzuniyyətə çıxan H.Hüseynovanın vəzifə başına geri dönməyəcəyi, yəni 9 fevraldan sonra komitə sədri vəzifəsindən birdəfəlik gedəcəyi gözlənilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi