Konfrans zamanı kafedra müdirləri tutaşdı-

Konfrans zamanı kafedra müdirləri tutaşdı- ADİU-nun professoru məhkəməyə verilib

İqtisad Universitetinin kafedra müdiri tutaşıb.

Faktinfo.az xəbər verir ki,bu barədə "Təzadlar" qəzeti redaksiyasına şok məlumat daxil olub. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, tanınmış iqtisadçı alim-maliyyəçi, sabiq nazir Əvəz Ələkbərovla professor Zahid Məmmədov dekabrın 24-də ADİU-da ilin yekunlarına dair keçirilən Konfransda tutaşıblar. İki professorun davası rektor Ədalət Muradovun gözü qarşısında baş verib. Baş verənlərin şahidi olan konfrans iştirakçılarının verdiyi məlumata görə, mübahisə və dava bununla nəticələnib ki, professor Əvəz Ələkbərov professor Zahid Məmmədovdan şərəf və ləyaqətin müdafiəsi ilə bağlı Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Z.Məmmədovdan 25 min manat təzminat tələb edir.
Məsələ ilə bağlı hər iki professorun mövqeyini öyrənməyə çalışırıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər