Könül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşüb

Könül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşüb - FOTOLAR

Boccia İdman Federasiyasının təşkilatçılığı ilə baş tutan "Motivasiya Həftəsi" çərçivəsində Milli Məclisin deputatı Könül Nurullayeva yığma komandamızın idmançı və rəhbər heyəti ilə görüş keçirib.

 İdman sahəsindəki təcrübəni paralimpiyaçılarımızla bölüşən K.Nurullayeva, eyni zamanda Xorvatiyanın Zaqreb şəhərində keçirilən "Intercontinental Challenger” çempionatını medalla başa vurmuş idmançılarımız Sona Ağayeva, Bəhruz Mirzəyev və Orxan Kərimovu ürəkdən təbrik edib. “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya uğrunda ilk reytinq xallarını qazanan paralimpiyaçılarımıza bundan sonrakı yarışlarda bol-bol uğurlar arzulayıb.

Faktinfo.az xəbər verir ki,K.Nurullayeva, həmçinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbəri Rəhilə Həsrətova ilə görüşərək qurumun fəaliyyəti ilə yaxından tanış olub, geniş fikir mübadiləsi aparıb.

Deputat qeyd edib ki, dövlətimizin idmana və fiziki məhdudiyyətli insanlara göstərdiyi qayğı və diqqət idmançılarımızın yüksək nəticələr əldə etməsinə və fiziki məhdudiyyətli insanların sosial statusunun möhkəmlənməsinə öz tövhəsini verir.
Millət vəkili görüşün sonunda isə Boccia İdman Federasiyasının Baş katibi və Baş məşqçisi İlham Məhərrəmova dəvətə görə öz dərin təşəkkürünü bildirib.

Könül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşübKönül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşübKönül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşübKönül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşübKönül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşübKönül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşübKönül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşübKönül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşübKönül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşübKönül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşübKönül Nurullayeva Boccia İdman Federasiyasının idmançı və rəhbər heyəti ilə görüşüb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi